Türkiyədə meşə yanğını başlayıb.
İnterpress.az xəbər verir ki, yanğın Osmaniyenin Kadirli rayonunda meşə sahəsində baş verib.
Yanğının söndürülməsi üçün işlər davam etdirilir.
Kızyusuflu kəndi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən baş verən yanğın qısa zamanda böyüyüb.