Hindistanın Sikkim əyalətində 6 turist qar uçqunu nəticəsində həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ölkənin şimal-şərqindəki Sikkim əyalətindəki Nathu La dağ keçidində yerli vaxtla saat 12:20-də qar uçqunu düşüb.
Eyni zamanda uçqun altında qalan 22 nəfər xilas edilib və xəstəxanalara çatdırılıb.
Uçqun altında qalanların çıxarılması üçün axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, Hindistanın Çinlə sərhədində yerləşən Nathu La dağ keçidi mənzərəsi ilə məşhur turist məkanları sırasındadır.