Zambiyada dini mərasimə gedən sərnişinləri daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində baş verən qəzada 24 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Zambiyanın Siavonqa şəhərində kilsədə dini mərasim üçün sərnişinləri daşıyan avtobus yük maşınına çırpılıb.
Qəzada 24 nəfər ölüb, sürücü də daxil olmaqla 12 nəfər ağır yaralanıb.
Bildirilir ki, Zambiyada baxımsız yollar və diqqətsiz sürücülük səbəbindən tez-tez yol qəzaları baş verir.