Yeni Zelandiyanın Vellinqton şəhərindəki hosteldə yanğın baş verib. İlk məlumata görə ən az 6 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yeni Zelandiya rəsmiləri yataqxana kimi istifadə edilən binada baş verən yanğında ən azı 6 nəfərin öldüyünü və çox sayda insanın içəridə qaldığını açıqlayıb.
İndiyədək binadan 52 nəfərin xilas edildiyini, lakin çoxlu sayda insanın hələ içəridə qaldığı bildirilib.
Yanğının səbəbi məlum deyil.






