İspaniyada yanğınsöndürənlər, konsensusun olmaması səbəbiylə parlamentdə gözləyən hüquqi tənzimləmənin gecikməsi səbəbiylə paytaxt Madriddə nümayiş keçirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Peşəkar Yanğınsöndürənlər Birliyi Koordinatorluğunun (CUBP) çağırışı ilə Madrid şəhər mərkəzinə toplaşan minlərlə yanğınsöndürən yanğınsöndürmə xidmətlərinin koordinasiyasını və funksiyasını hərtərəfli müəyyən edən qanun layihəsinin parlamentdə gözlənməsinə etiraz edib.
Sözügedən qanun layihəsinin iki ildir parlamentdə gözlənildiyini açıqlayan CUBP, gecikmədə Daxili İşlər Nazirliyini günahlandırıb.
Qeyd edilib ki, yanğınsöndürmə xidmətləri real təhlükə altındadır.
Məlumata görə, hava limanlarının yarımözəlləşdirilməsi nəticəsində burada çalışan yanğınsöndürənlər səlahiyyətlərini itirib, koordinasiya və səlahiyyət olmadığından iş pozulub.
2022-ci ildə İspaniya meşə yanğınlarında tarixinin ən pis illərindən birini yaşadı və ümumilikdə 310 min hektardan çox ərazi yanıb.
Bu ilin əvvəlindən başlayan meşə yanğınları nəticəsində mart ayından bu yana 40 min hektardan çox əraziyə ziyan dəyib.






