Hind okeanında Çin bayrağı altında üzən balıqçı gəmisi batıb və 39 nəfər itkin düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
17-si Çin, 17-si İndoneziya və 5-i Filippin olmaqla, ümumilikdə 39 ekipajı olan Çin bayrağı altında üzən balıqçı gəmisi dünən yerli vaxtla saat 15.00 radələrində Hind okeanında batıb.
Bildirilib ki, “Lupenglaiyuanyu 8” gəmisində ekipajdan heç bir xəbər yoxdur.
Nazirliklərə axtarış-xilasetmə işlərində köməklik göstərmələri barədə göstəriş verən Çin prezidenti Xi Jinping xilasetmə əməliyyatında “tam səy” göstərilməli olduğunu bəyan edib.
Filippin Sahil Mühafizəsi isə bölgədəki vəziyyəti izlədiklərini və Çinin Maniladakı səfirliyi və gəminin məlum olan son yeri yaxınlığında fəaliyyət göstərən axtarış-xilasetmə qrupları ilə koordinasiyada olduqlarını açıqlayıb.
Ərazidə axtarış tədbirləri davam etdirilir.






