BMT: Hər kəs Ukraynadakı münaqişəyə son qoymağa borcludurbackend

BMT: Hər kəs Ukraynadakı münaqişəyə son qoymağa borcludur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatı (BMT) hər kəsin Ukraynadakı münaqişəni sona çatdırmağa borclu olduğunu açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Cənubi Afrikanın Ukraynadakı sülh səyləri ilə bağlı sualı cavablandırıb.

Düjarrik bildirib ki, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa BMT-nin baş katibi Antonio Quterreşə zəng edərək təşəbbüslə bağlı məlumat verib.

Baş katibin də üzərinə düşən vəzifəni yerinə yetirdiyini vurğulayan Düjarrik deyib: “Yaxşı niyyətli ölkələrin üzərlərinə düşəni etdiyini görürük. Bunda sürpriz yoxdur. Bu məsələdə hər kəsin məsuliyyəti var”.

Düjarrik qeyd edib ki, hər kəs Ukraynadakı münaqişənin BMT Nizamnaməsi, müvafiq qətnamələr və beynəlxalq hüquq çərçivəsində bitməsini istəyir.

Qeyd edək ki, 6 Afrika ölkəsinin lideri Rusiya-Ukrayna müharibəsini sona çatdırmaq üçün birgə səyləri çərçivəsində sülh missiyası yaradacaqlar.

Ramafosa telefon danışıqlarında Afrika liderlərinin Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskiyə sülh missiyası təklif etdiyini və hər iki liderin sülh missiyası təklifini qəbul etdiyini bildirib.