Pakistanda 13 metr uzunluğunda balina sahilə çıxdıbackend

Pakistanda 13 metr uzunluğunda balina sahilə çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanın Bəlucistan əyalətində təxminən 13 metr uzunluğunda ölü mavi balina sahilə çıxıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Qvadar bölgəsindəki Civani şəhərinin sahilində ölü balina tapılıb.

Təxminən 8-10 gün əvvəl öldüyü təxmin edilən balinanın güclü dalğalar səbəbindən sahilə çıxdığı bildirilib.

Komandaların 13 metr uzunluğundakı balinanı sahilə çıxarmaq üçün işlərə başladığı açıqlanıb.

Əraziyə gələn Dünya Vəhşi Təbiət Fondunun (WWF) səlahiyyətliləri ölüm səbəbini araşdırmaq üçün balinadan qan və toxuma nümunələri götürüblər.

Sahil təhlükəsizlik işçiləri isə qabarmağa başlayan balinanın partlama riski olduğundan yerli əhaliyə əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Uzunluğu 33 metr olan mavi balinalar Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvanlar siyahısındadır.