Dostları ilə oynayarkən kanala düşən uşaq boğulubbackend

Dostları ilə oynayarkən kanala düşən uşaq boğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Antalyanın Serik rayonunda suvarma kanalının ətrafında dostları ilə oynayan uşaq kanala düşüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Xəstəxanada müalicə alan 4 yaşlı uşağı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Kayaburnu rayonunda evlərinin bağçasında uşaqlarla oynayan İshak Çelik suvarma kanalına düşüb.

Ətrafdakıların xəbəri üzərinə qohumları uşağı sudan çıxararaq Serik Dövlət Xəstəxanasına çatdırıblar. Balaca uşağı müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Uşağın meyiti yarılma üçün Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.

Bir müddət əvvəl Mardindən Serikə gedən uşağın ailəsinin mövsümlük fəhlə işlədiyi öyrənilib.