“Cyprus Airways” adlı yeni aviaşirkət Gürcüstan istiqamətində uçuşlara başlayır.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir
Məlumata görə, Kipr Respublikasında təsis edilən Cyprus Airways aviaşirkəti Larnaka-Tbilisi-Larnaka hava xətti ilə müntəzəm uçuşlar həyata keçirməyə başlayır. Aviaşirkətin Mülki Aviasiya Agentliyinə təqdim etdiyi müraciətə əsasən, bu il iyulun 2-dən Larnaka ilə Tbilisi arasında uçuşlar həyata keçiriləcək. Uçuşlar hər bazar ertəsi, çərşənbə və bazar günləri yerinə yetiriləcək.