Naxçıvan Muxtar Respublikasında 6 nəfərin öldüyü ağır yol qəzasında xəsarət alanların son durumu açıqlanıb.
Bu barədə İnterpress.az-a Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi Azər Məmmədov bildirib.
O deyib ki, avtoqəzadan sonra 4 xəstə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
“Onlardan ikisi bacı-qardaşdırlar. Fərid və Fəridə. Digərləri isə həmin hadisə nəticəsində xəsarət almış xəstələrdir. Xəstələr ümumiyyətlə travmatik şox vəziyyətində daxili qan axma halında əksəriyyəti xəstəxanaya qəbul olunmuşdur. Xəstələrin üçünün üzərində cərrahi əməliyyat aparılıb, qanaxmalar dayanadırılıb. Xəstələr hazırda reanimasiya şöbəsində müalicələri daam etdirilir. Am demək olar ki, xəstələrin həyatı təhlükələri davam edir”, – həkim əlavə edib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 6 nəfər ölüb, 4 nəfər isə yaralanıb.