Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat verib.
O bildirib ki, hadisə rayonun Uzuntəpə kəndində, Qabil Abdullayevə məxsus təsərüfatda qeydə alınıb. Belə ki, 153 kvadratmetr olan talvar və altına yığılmış 2 min ot bağlaması yanıb. Yanğın Cəlilabad rayon yanğından mühafizə hissəsinin əməkdaşları və texnikaları tərəfindən söndürülüb.
Təsərrüfat sahibinin sözlərinə görə, ona təxminən 15 minə yaxın ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.