Xankəndində separatçıların təxribatının məqsədi nədir?backend

Xankəndində separatçıların təxribatının məqsədi nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xankəndində separatçıların Laçın postuna “mülki əhalinin yürüşü” adı ilə hazırladığı təxribat bu gün ediləcək”.

İnterpress.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, bir qrup erməni Xankəndindən 25 avtobusla postun yerləşdiyi Həkəri körpüsünə gətiriləcək:

“Təxribat planında iki addım nəzərdə tutulur: Birincisi, Həkəri körpüsünü keçməyə cəhd edəcəklər; İkincisi, bu cəhd baş tutmasa, körpünün yanında çadır qurub qlacaqlar; Beləliklə, sərhədin Ermənistan tərəfində təşkil olunan şounun davamı sərhədin Azərbaycan tərəfində başlanacaq”, – politoloq əlavə edib.