Toy karvanında zəncirvari qəza olub: beş nəfər yaralanıbbackend

Toy karvanında zəncirvari qəza olub: beş nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə toy karvanında beş nəfərin xəsarət alması ilə nəticəsində zəncirvari qəza olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Dənizlidə gəlin gətirən zaman şəhər gəzintisinə çıxan toy karvanında meydana gələn zəncirvari yol qəzasında 5 nəfər yüngül yaralanıb.

Aralarında gəlin maşını da daxil olmaqla 8 avtomobil bir-biri ilə toqquşub.

Hadisəyə gəlin maşınının qarşısından keçən nəqliyyat vasitəsinin səbəb olduğu iddia edilib.

Qəzada yüngül yaralanan 5 nəfər təcili tibbi yardım maşınları ilə Dənizli Dövlət Xəstəxanasına aparılaraq müalicə altına alınıb.