Türkiyədə 43 ildən sonra ilk dəfə zolaqlı kaftar görünübbackend

Türkiyədə 43 ildən sonra ilk dəfə zolaqlı kaftar görünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sonuncu dəfə 1980-ci ildə Kahramanmaraşın Andırın rayonunda görülən və nəsli kəsilməkdə olduğu üçün adı qırmızı siyahıda olan zolaqlı kaftar 43 ildən sonra ilk dəfə görünüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Anadolunun ən nadir canlılarından biri olan və nəsli kəsilməkdə olduğu üçün qırmızı siyahıda olan zolaqlı kaftar Andırın rayonunda görüntülənib.

Rayonun Yeşilova məhəlləsində gözətçi olan Əli Bülbül su kanalında heyvan olduğunu görüb. Heyvanı yoxlayanda Bülbül bunun zolaqlı kaftar olduğunu anlayıb və dərhal mobil telefonu ilə çəkməyə başlayıb.

Bir müddət kanalın ətrafında dolaşdıqdan sonra kaftar yoxa çıxıb.

Canlı heyvanlara və insanlara hücum etməyən zolaqlı kaftarlar təbiətin çöpçüləri kimi tanınır. Ölü heyvanla qidalanan zolaqlı hiyenaların təbiətdə baş verə biləcək xəstəliklərin də qarşısını aldığı bildirilir.