Yol qəzasında yaralanan ictimai fəal imkanlı şəxslərə müraciət edib: maddi dəstəyə ehtiyacı var – FOTObackend

Yol qəzasında yaralanan ictimai fəal imkanlı şəxslərə müraciət edib: maddi dəstəyə ehtiyacı var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol qəzası nəticəsində ağır xəsarət alan ictimai fəal gənc, I qrup əlil Teymur Mustafayevin maddi dəstəyə ehtiyacı var.

Bu barədə İnterpress.az-a o özü məlumat verib.

T.Mustafayev bildirib ki, 1 il 6 ay bundan əvvəl Novruz bayramında Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində sərnişini olduğu taksi qəza törədib.

Hadisə avtombilin arxa qapısı açılıb və o, küçəyə yıxılıb. Zərbənin təsirindən başı dəmir dirəyə dəyib.

Nəticədə onun C6 və C7 fəqərə sümüyü zədələnib. Hazırda ağır onurğa beyin travmasından, əl və ayaqların iflicindən əziyyət çəkən T.Mustafayevin tam sağalması üçün müəyyən məbləğdə vəsaitə ehtiyac var.

O, sağlamlığına qovuşmağının xaricdə müalicə ilə mümkünlüyünü bildirib.

Kömək etmək istəyənlərdən aşağıdakı bank hesabına pul köçürmələri xahiş olunur:
Kapital bank: 4169 7388 1655 6546