ABŞ-ın Florida ştatında Atlantik okeanı sahillərində yoxa çıxan 25 yaşlı yeniyetmə təxminən 35 saatdan sonra sahil mühafizəsi tərəfindən xilas edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
O, okeana doğru üzüb və axşam geri qayıtmayanda itkin düşüb.
Sahil mühafizəsi Çarlz Qriqorini avqustun 5-i şənbə günü Florida sahillərində Atlantik okeanı yaxınlığında havada və dənizdə axtarış əməliyyatları zamanı yarı sulu qayıqda sağ tapıb.
Səlahiyyətlilər Qriqorinin uzun müddət suda olmasına baxmayaraq heç bir müalicəyə ehtiyacı olmadığını açıqlayıb.
Gəncin dənizdə aşkarlanaraq xilas edilməsi anları sahil mühafizəsinin kamerasına əks olunub.