Konqo Demokratik Respublikasında üsyançı 23 Mart Hərəkatının (M23) silahlı hücumu nəticəsində 11 mülki şəxs həlak olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Şimali Kivu bölgəsində yaşayan Jonas Pandanzi mətbuata bildirib ki, dünən M23 üsyançıları mülki insanlara hücum edib.
Pandanzi bildirib ki, M23 üsyançı qruplaşmasının silahlı hücumu nəticəsində 11 nəfər həlak olub.
Pandanzi hücumdan sonra qaçan üsyançıların bölgə xalqının qiymətli əşyalarını da özləri ilə apardıqları barədə məlumatı paylaşaraq, hücumun keçən həftə M23 ilə yerli təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmadan sonra reallaşdığına diqqət çəkib.
Pandanzi qeyd edib ki, ölənlərin sayının arta biləcəyindən narahatdırlar.