Norveçdə Datatilsynet məlumatların mühafizəsi agentliyi avqustun 14-dən etibarən “Meta”nı istifadəçi məxfiliyini pozduğuna görə gündə 1 milyon kron (təxminən 98 500 dollar) cərimələməyə başlayacaq.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Datatilsynet iyulun 17-də bildirib ki, Meta müəyyən edilmiş qaydalara əməl etməsə, cərimələnəcək.
Agentlik “Meta”nın Norveçdəki istifadəçilərin fiziki yeri kimi məlumatları toplaya bilməyəcəyini və “davranış reklamı” metodundan istifadə edə bilməyəcəyini açıqlayıb.
Cərimə noyabrın 3-dək davam edəcək.