Uqandanın Azərbaycandakı səfiri vəfat edibbackend

Uqandanın Azərbaycandakı səfiri vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uqandanın Azərbaycandakı səfiri Məhəmməd Tezikuba Kisambira vəfat edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Kisambira cümə axşamı İranın paytaxtı Tehran xəstəxanasında dünyasını dəyişib.

Hazırda onun cəsədinin Uqandaya aparılması işlərinə davam etdirilir.

Onun ölüm səbəbi hələlik məlum olmasa da, səfirin bir müddətdir xəstəliklə mübarizə apardığı bildirilir.

O, 2020-ci ildən Uqandanın İran, Əfqanıstan, Ermənistan, İraq, Qırğızıstan, Pakistan, Fələstin, Tacikistan və Türkmənistandakı səfiri vəzifəsində çalışırdı.

Səfirlikdən əvvəl o, müsəlman alimi, həmçinin Müsəlman Alimlər Forumunda idarə və planlaşdırma rəhbəri kimi fəaliyyət göstərmişdir.