3 min metr hündürlükdə köməksiz qaldılarbackend

3 min metr hündürlükdə köməksiz qaldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın şimalında dağda köməksiz qalan 2 alpinist İtaliya yanğınsöndürmə idarəsinin əməliyyatı ilə xilas edilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

İtaliya yanğınsöndürmə briqadası Vigili del Fuoco alpinistlərin Turin şəhərinin şimalındakı Laqo di Valsoerada köməksiz vəziyyətdə qaldığını açıqlayıb.

Bölgəyə təhvil verilən yanğınsöndürən helikopterdən kəndirlə enən yanğınsöndürənlər alpinistləri 3 min metr yüksəklikdə olduqları yerdən sağ-salamat vertolyota çıxarıblar. Vigili del Fuoko əməliyyatı “zamana və küləyin əsməsinə qarşı yarış” kimi qiymətləndirib.