Türkiyədə – Samsunun Çarşamba rayonunda fındıq yığan işçiləri daşıyan mikroavtobusun qəzaya düşməsi nəticəsində 13 nəfər yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Gökçelidə Çərşənbə-Ayvacık avtomobil yolunda saat 11.00 radələrində baş verən qəzada fındıq yığan işçiləri daşıyan mikroavtobusun sürücüsü Oktay Zengin yolu keçmək istəyən şəxsi vurmamaq üçün manevr edib.
Bu vaxt idarəetmədən çıxan mikroavtobus yolun kənarına aşıb.
Qəzada mikroavtobusda olan 13 nəfər yaralanıb. Qəza yerinə göndərilən təcili yardım maşınları ilə Çarşamba Dövlət Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.