21 evi qarət edən nəhəng ayı tutuldubackend

21 evi qarət edən nəhəng ayı tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən ildən axtarılan nəhəng ayı ABŞ-ın Kaliforniya ştatındakı South Lake Tahoe bölgəsində tapılıb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Tank Hank adlanan ayı cümə günü zərərsizləşdirilərək sakitləşdirici oxla tutulub. Bir çox xəbərlərdən sonra səlahiyyətlilər 2022-ci ilin fevralında Amerika qara ayısını axtardıqlarını açıqlayıb.

İnsan qorxusunu itirən ayının siren, səs tüfəngi və peyntbol gülləsi ilə belə dayandırıla bilmədiyi açıqlanıb.

Kaliforniya Balıq və Vəhşi Təbiət Xidməti təxminən 230 kiloqram ağırlığında olan ayının keçən ildən bəri ən azı 21 evə girdiyini bildirib.

Agentliyin sözçüsü Jordan Traverso, Tank Hankın girdiyi evlərdən ağcaqanad torlarını çıxardığını, qarajın qapılarını zədələdiyini, zibil qutularını qarışdırdığını və avtomobilləri cızdığını söyləyib.

Kişi olduğu düşünülən Tank Hank tutulduqdan sonra qadın olduğuna qərar verib. Nəhəng ayının Koloradodakı heyvanlar qoruğuna göndəriləcəyi bildirilir.

Tank Hank adətən qışda zərər verib. Bunun bölgədəki iqlim böhranı və qida çatışmazlığı səbəbindən ayıların qış yuxusuna gedə bilməməsi ilə əlaqədar olduğu düşünülür.

Tank Hankın girdiyi evlərdə olan üç bala Kaliforniyadakı reabilitasiya mərkəzinə göndəriləcək. Balaların anadan öyrəndikləri mənfi davranışlardan təmizlənərək vəhşi təbiətə qayıdacaqları ümid edilir.