Çində daşqın: 33 nəfər ölüb, 18 nəfər itkin düşübbackend

Çində daşqın: 33 nəfər ölüb, 18 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin paytaxtı Pekində fırtına nəticəsində meydana gələn seldə 33 nəfər həyatını itirib, 18 nəfər isə itkin düşüb.Çini vuran güclü fırtına və leysan yağışı sellərə səbəb olub.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Avqustun 8-də gecə yarısına olan məlumata görə, paytaxt Pekində ölənlərin sayı 33-ə çatıb.

Çin mediası 18 nəfərin itkin düşdüyünü, axtarış-xilasetmə tədbirlərinin davam etdiyini açıqlayıb.

Son məlumatlara görə, 1 milyon 290 min insan seldən zərər çəkib. 59 min evin dağıldığı, 147 min evə ciddi ziyan dəydiyi açıqlanıb.