Fransada quldurlar 10 gündə 220 qəbri qarət ediblərbackend

Fransada quldurlar 10 gündə 220 qəbri qarət ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın şərqindəki Haut-Rhin əyalətində quldurlar 10 gündə 220 qəbri talayıblar.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Fransada Elzas bölgəsi kimi tanınan bölgədə 7 qəbiristanlıqda 10 gündür qarət hadisələri yaşanır.

Buradakı qəbirlərdən oğruların heykəllər, müqəddəs su qabları və tunc cənazə bəzək əşyaları oğurladığı bildirilir.

Bölgədəki Helfrantzkirx şəhərinin meri Yves Tschamber Fransanın BFMTV telekanalına bildirib ki, şəhərdəki qəbiristanlıqdan 17 müqəddəs su qabı oğurlanıb.

Bu barbarlığa haqq qazandırmağa söz tapmaq çətindir. Tschamber qəbirlərə təhlükəsizlik kameraları quraşdırmağı planlaşdırdıqlarını bildirib.

Qəbirləri qarət edilən Kinqerşeym şəhərinin meri Loran Riş şəhərin girişinə vətəndaşları oğrulara qarşı xəbərdar etmək üçün plakatlar asıb.

Bölgədə baş verən hadisə ilə bağlı araşdırmaya başlayan jandarm, bələdiyyə sədrlərinə gecə saatlarında qəbiristanlığı bağlamağı təklif edib.