Fransanın Elzas bölgəsində əlillərin yay iqamətgahında baş verən yanğında 17 nəfərin təxliyyə edildiyi, içəridə olduğu bildirilən 11 nəfərlə əlaqənin mümkün olmadığı bildirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bölgənin Kolmar şəhərində əlillər üçün yay iqamətgahında səhər saatlarında yanğın baş verib.
Qısa müddətdən sonra hadisə yerinə gələn yanğınsöndürənlər 17 nəfəri təxliyə edib.
Yanğın nəzarət altına alınarkən, yaşayış evində olan 11 nəfərə hələlik çatmaq mümkün olmayıb, alovdan zərər çəkən 1 nəfər isə təcili yardıma aparılıb.
Digər tərəfdən, baş nazir Elisabeth Borne yanğın səbəbiylə bölgəyə gedəcəyini açıqlayıb.