ABŞ-ın Texas ştatında ot biçən qadın ilanın üzərinə yıxılıb və bu zaman ilan qadının qoluna dolanıb. Qadın qoluna dolaşmış ilanı özündən uzaqlaşdırmağa çalışan zaman digər tərəfindən şahin ona hücum edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-da 64 yaşlı Peggy Jones öz bağında ot biçən zaman nadir hadisənin şahidi olub.
Consun üzərinə düşən ilan qəfildən onun qoluna ilişib. Bu vaxt bir şahin ilanı tutmaq üçün hərəkətlər edib və caynaqları ilə qadını yaralayıb.
Qadının qolunda və üzündə kəsiklər və göyərmələr olub.
Şahin ilanı Consun qolundan çəkə bildiyi halda qolunda və üzündə kəsiklər və əziklər olan qadın xəstəxanada edilən müdaxilədən sonra evə buraxılıb.
İlanın şahin və ya başqa bir quşun dimdiyindən düşdüyü təxmin edilir.