Rusiya Şimali Kipr Türk Respublikasında konsulluq xidməti göstərəcək.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Rusiya səfirliyinin Şimali Kipr Türk Respublikasının paytaxtı Lefkoşada Rusiya vətəndaşları üçün konsulluq xidmətləri göstərməyə başlayacağı açıqlanıb: “Çox yaxında, biz Nikosiya şəhərinin şimalında konsulluq xidmətləri göstərməyə başlayacağıq. İşlər mütəmadi olaraq həyata keçiriləcək”.
Sözügedən addımın Rusiyanın Kiprin şimalında yaşayan Rusiya vətəndaşlarına qarşı öhdəliklərinin yerinə yetirilməsi üçün atılacağına işarə edən səlahiyyətli, ABŞ, İngiltərə, Almaniya, İtaliya və Fransanın uzun müddətdir Kiprin şimalına konsulluq xidməti göstərdiyini qeyd edib.
Şimali Kipr Türk Respublikasında (KKTC) təxminən 50 min Rusiya vətəndaşının yaşadığı bildirilir.