İran səsdən sürətli qanadlı raket hazırlayacaqbackend

İran səsdən sürətli qanadlı raket hazırlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran səsdən sürətli qanadlı raket hazırlayacaq.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

İranın səsdən sürətli qanadlı raket hazırlamaq üçün lazım olan texnologiyanı aldığı iddia edilir

İranın müdafiə sənayesi mütəxəssisləri səsdən sürətli raketlərin yaradılması və istehsalı texnologiyasına çatıblar.

İranın gələcək nəsil qanadlı raketi olaraq xarakterizə edilən səsdən sürətli raketin hazırda sınaq mərhələsində olduğu və bunun ölkənin müdafiə qabiliyyətində yeni səhifə açacağı bildirilib.

İyunun 6-da paytaxt Tehranda prezident İbrahim Rəisinin də iştirak etdiyi mərasimdə İran 1400 kilometr mənzilli “Fettah” adlı hipersəs ballistik raketini elan edib.

Səs sürətindən 5 dəfəyə qədər (saniyədə 343 metr) hərəkət edən raketlərə “supersonik” deyilir. Səs sürətindən ən azı 5 dəfə sürətlə hərəkət edən raketlərə “hipersəs” deyilir. Bu cür raketlər yüksək sürətinə görə hava hücumundan müdafiə sistemlərindən yan keçə bilir.