Hans fırtınası Norveçdə tüğyan edir: yüzlərlə insan təxliyə edildibackend

Hans fırtınası Norveçdə tüğyan edir: yüzlərlə insan təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin paytaxtı Osloda Şimali Avropanı təsir edən “Hans” qasırğasının yaratdığı son dərəcə güclü yağışlar səbəbilə yüzlərlə insan təxliyə edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Norveç polisi, “Hans fırtınası”nın təsiri ilə ölkədə yağan şiddətli yağışlar, torpaq sürüşmələri və daşqınlar səbəbiylə paytaxt Oslonun şimalında yüzlərlə insanın təxliyə edildiyini açıqlayıb.

Səlahiyyətlilər ölkənin ən uzun çayı olan Glomma’nın bir hissəsində inşa edilən Braskereidfoss hidroelektrik stansiyasının daşqın səbəbindən istifadəsiz qaldığını və bəndi idarəli şəkildə partlatmağı nəzərdən keçirdiklərini bildirib.

Bənd uçarsa, su axınına nəzarət edə biləcəklərini ifadə edən səlahiyyətlilər çayın yaxınlığında yaşayan icmaların su altında qalmasının qarşısını almağı planlaşdırdıqlarını qeyd edib.

Norveçdə səlahiyyətlilər güclü yağış, sel və daşqınlar səbəbindən ölkənin cənubunda təbii fəlakət xəbərdarlığını ən yüksək səviyyədə saxlayaraq, paytaxt Oslodakı işçiləri “uzaqdan iş” ilə işlərini davam etdirməyə çağırıb.