Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsi maliyyələşdiriləcəkbackend

Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsi maliyyələşdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanda bütün xərçəng xəstələrinin müalicəsi maliyyələşdiriləcək.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Belə ki, hökumətin qərarına əsasən, respublika üzrə bütün xərçəng xəstələrinə hormon terapiyası, kimyaterapiya, şüa terapiyası və dərman preparatları maliyyələşdiriləcək.

Məlumata görə, onların arasında illik gəliri 40 min laridən çox olan xəstələr də var.

Dəyişiklikdən əvvəl bu xidmətlər maliyyələşdirilmirdi. Xəbər sığortalı veteranlara da təsir edəcək.

Sözügedən qərara əsasən, universal səhiyyə proqramı çərçivəsində onkoloji xəstəliklərin müalicəsi gəlirindən asılı olmayaraq hər bir benefisiar üçün bərabər əlçatan olacaq. Dəyişiklik artıq Gürcüstan hökuməti tərəfindən təsdiqlənib.