Tbilisi və Batumi Hava Limanında sərnişin axını artıbbackend

Tbilisi və Batumi Hava Limanında sərnişin axını artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin iyul ayında Tbilisi Beynəlxalq Hava Limanı 403 474 sərnişinə xidmət göstərib ki, bu da 2019-cu ilin eyni ayının göstəricisindən 5%, 2022-ci ilin iyul ayı ilə müqayisədə isə 14% artım deməkdir.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Bildirilib ki, Batumi Beynəlxalq Hava Limanı 2023-cü ilin iyul ayında 99 803 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni ayındakı göstəricidən 3% çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1% azdır.

Qeyd edək ki, Tbilisi və Batumi xüsusən yay aylarında Azərbaycan vətəndaşlarının da daha çox səyahət etdikləri məkanlardandır.