Cənubi Koreyada təsirli olan “Xanın” qasırğasının daşqın və torpaq sürüşməsinə səbəb olması səbəbindən 10 mindən çox insan təxliyə edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tayfun ölkənin cənub-şərq sahillərindən quruya çatdıqdan sonra bəzi bölgələrdə, xüsusən də cənub və şimal sahillərində daşqınlar və sürüşmələr baş verib.
Koreya Meteorologiya İdarəsi (KMA) yerli vaxtla səhər saat 9.20-də cənub-şərqdəki Geoje bölgəsinə enən tayfunun saatda 40 kilometr sürətlə paytaxt Seula çatmasının gözlənildiyini açıqlayıb.
KMA Ceju adasının cənubu istisna olmaqla, bütün bölgələrə Khanun tayfunu ilə bağlı xəbərdarlıq etsə də, cümə günü səhərə qədər şimal-şərq sahillərində 500 millimetrə qədər, paytaxt və qərb sahil rayonlarında isə 100 ilə 200 millimetr arasında yağıntının olacağını proqnozlaşdırır.
Ölkənin 14 hava limanında 355 reys və 412 qatar reysi ləğv edilib, ümumilikdə 490 yol bağlanıb.
Səlahiyyətlilər 10 641 nəfərin sığınacaqlara təxliyə edildiyini, 1579 məktəbdə təhsilin dayandırıldığını və ya təhsilin onlayn keçiriləcəyini açıqlayıb.
Digər tərəfdən ölkənin cənub-şərqindəki Daequ şəhərində güclü yağış və külək nəticəsində 1 nəfərin öldüyü, 1 nəfərin itkin düşdüyü bildirilib.