Dünya gözünü dang qızdırmasından ölənlərin sayının durmadan artırdığı Banqladeşə çevirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Banqladeşdə dang qızdırması epidemiyasında ölənlərin sayı 340-a yüksəlib. Dang epidemiyası səbəbindən xəstəxanaların əksəriyyətinin tutumu artıqdır.
Banqladeşdə dang qızdırması epidemiyasından ölənlərin sayı artmaqda davam edir. Bu ayın ilk 8 günündə dang qızdırması səbəbiylə 87 ölümlə ümumi can itkisi 340-a, yoluxma sayı isə 72 min 225-ə çatıb.
Paytaxt Dakkada 37 min 722, digər şəhərlərdə isə 34 min 503 adam dang qızdırması səbəbiylə xəstəxanalara müraciət edib.
Xəstəxanalarda müalicəsi davam edən xəstələrin sayının 9 min 463 olduğu açıqlanarkən, 62 min 422 nəfərin evə buraxıldığı bildirilib.
Dengue Fever epidemiyası səbəbiylə əksər xəstəxanalar tutumunu aşaraq xəstələrə xidmət göstərib, xəstələrin xəstəxanaların dəhlizlərində yatdığı görülüb.