Timsahların hücumuna məruz qalan əsgərlər – Müdafiə Nazirliyi günahkar tapdıbackend

Timsahların hücumuna məruz qalan əsgərlər – Müdafiə Nazirliyi günahkar tapdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya federal işçilərin təzminat agentliyi və təhlükəsizlik tənzimləyicisi Comcare 2021-ci ildə iki avstraliyalı əsgərə timsahın hücumuna görə Avstraliya Müdafiə Nazirliyini günahlandırıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Comcare əsgərlərin timsahların hücumuna məruz qalması hadisəsində təqsirli bildiyi Müdafiə Nazirliyini “işçilərini öyrətməmək və təhlükəsiz iş mühiti təmin etməməkdə” günahlandırıb.

Avstraliya Müdafiə Nazirliyinin də federal əməyin mühafizəsi və təhlükəsizliyi qanunlarını pozduğu iddia edilib.

Hadisəyə görə məsuliyyət daşıyan Nazirliyin 1,5 milyon AUD-a qədər cərimələnməsi gözlənilir.

6 avqust 2021-ci ildə 2 avstraliyalı əsgər Kvinslend ştatında balıq tutarkən təxminən 2,5 metr uzunluğunda timsahın hücumuna məruz qaldı. Əsgərlərdən biri bədənindən ağır xəsarətlər alıb, digərinin qolu isə kəsilib.