Madaqaskarda açılış mərasimində izdiham: azı 12 ölü, 80 yaralı varbackend

Madaqaskarda açılış mərasimində izdiham: azı 12 ölü, 80 yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madaqaskarda keçirilən “Hind okeanı adaları oyunları”nın açılış mərasimində izdiham yaşanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisəni izləməyə gələnlərin eyni anda stadiona girməsi nəticəsində yaranan izdihamda ən az 12 nəfər həyatını itirib, 80 nəfər yaralanıb.

Bildirilib ki, tədbiri izləmək üçün 50 minə yaxın insan eyni vaxtda stadiona daxil olmağa çalışıb.

Birincisi 1977-ci ildə, sonra isə hər 4 ildən bir keçirilən Hind Okeanı Ada Oyunlarında Mavrikiy, Seyşel, Komor Adaları İttifaqı, Mayotta, Reunion və Maldiv adalarından olan idmançılar iştirak edirlər.

Çoxşaxəli yarış olan tədbir sentyabrın 3-dək davam edəcək.