Dövlət İmtahan Mərkəzi rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələrini elan edib.
“Report” xəbər verir ki, namizədlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”nin sonuna “9” rəqəmini əlavə etməklə alınan 7 rəqəmli kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Boş qalan 24 plan yeri üzrə 85 namizəd müsabiqədə iştirak edib. Onlardan 18 nəfər rezidenturaya qəbul olunub.
Rezidenturaya qəbul olmuş namizədlər 14 sentyabr 2023-cü il saat 11:00-dan 18 sentyabr 18:00-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.
Əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək.
Naxçıvan Dövlət Universitetinə qəbul olmuş şəxslər də göstərilən müddətə qədər portal.edu.az platformasında qeydiyyatdan keçməlidirlər.
Rezidenturaya qəbul olanların bu müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və onlar qəbul olanlar siyahısından çıxarılacaqdır.
İş nömrəsi Soyadı A.A. Topladığı bal Qəbul olduğu ixtisasın kodu
234928 YUSİFOV E.H. 59 311625
234952 ABBASLI G.B. 61 313229
235041 MƏMMƏDLİ G.Z. 60 313123
235386 HACIYEVA N.C. 55 361319
235403 MAHMUDOVA Z.M. 57 361335
235931 ALLAHVERDİYEVA N.İ. 63 365118
235984 MEHDİ B.H. 54 361254
236049 BAYRAMZADƏ S.Ç. 62 311236
236271 ABDULƏZİMOVA S.X. 57 361262
236916 ƏLİVERDİYEV V.B. 57 361157
237248 İMRANLI G.E. 61 311252
237371 CƏFƏRLİ T.F. 54 361327
237429 ƏLİYEVA L.R. 59 318113
237514 MƏMMƏDOVA A.Ə. 64 311528
237759 ƏSGƏROVA A.E. 55 311593
237871 PAŞABƏYLİ Z.L. 54 361295
238518 ŞİRİNOVA A.B. 59 313294
260377 AĞAYEVA Ə.Ş. 58 332118
İXTİSAS KODLARI VƏ MÜSABİQƏ NƏTİCƏLƏRİNƏ GÖRƏ ALINMIŞ UYĞUN KEÇİD BALLARI
Azərbaycan Tibb Universiteti
311236
Psixiatriya
62
311252
Daxili xəstəliklər
61
311528
Restorativ stomatologiya
64
311593
Epidemiologiya
55
311625
Tibbi mikrobiologiya
59
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu
313123
Ümumi cərrahiyyə
60
313229
Daxili xəstəliklər
61
313294
Ailə təbabəti
59
313367
Epidemiologiya
50
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi
318113
Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza
59
Respublika Narkoloji Mərkəzi
332118
Narkologiya
58
Naxçıvan Dövlət Universiteti
361157
Travmatologiya- ortopediya
57
361254
Nevrologiya (Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi üçün)
54
361262
Kardiologiya
57
361295
Fizioterapiya və tibbi bərpa
54
361319
Ftiziatriya
55
361327
Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza
54
361335
Pediatriya
57
361384
Endodontiya
50
361432
Uşaq stomatologiyası
50
361457
Gigiyena
50
361473
Epidemiologiya
50
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı
365118
Anesteziologiya- reanimatologiya
63