Neftçalada vətəndaş qəbulu keçirilib – FOTObackend

Neftçalada vətəndaş qəbulu keçirilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Tənzilə Rüstəmxanlı Neftçalada vətəndaş qəbulu keçirib.

İnterpress.az xəbər verir ki, Neftçalada keçirilən vətəndaş qəbulunda şəhər sakinləri ilə yanaşı, Həsənabad qəsəbəsi, Qoltuq, 1-ci Qaralı və Xolqarabucaq kəndlərinin sakinləri də iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar su təchizatı, məşğulluq, sosial müavinət və yardımlar, özünüməşğulluq mərkəzinin yaradılması, məhkəmə işləri və digər məsələlərlə bağlı müraciətlərini deputata çatdırıblar.