Rusiya Cənub hərbi dairəsinin mətbuat xidmətinin rəisi, polkovnik İqor Qorbul bildirib ki, üçtərəfli təlimlər iyun-iyul aylarında dənizin orta hissəsində olacaq.
Təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək.
Ayrıca olaraq Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri də keçiriləcək.
Rusiya tərəfindən təlimlərdə “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri iştirak edəcək. Bu gəmilərin əsas vəzifəsi ölkənin iqtisadi zonasının mühafizəsidir.
İnterpress.az