Emin Əmrullayev: “İşğaldan azad olunan rayonlarda müasir peşə təhsili infrastrukturu yaradılacaq”backend

Emin Əmrullayev: “İşğaldan azad olunan rayonlarda müasir peşə təhsili infrastrukturu yaradılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emin Əmrullayev
“İşğaldan azad olunan rayonlarımızın sakinləri üçün müasir peşə təhsili infrastrukturu yaradılacaq”.

“İnterpress.az” xəbər verir ki, bu fikirləri 15 sentyabr – “Bilik Günü” münasibətilə Füzuli şəhərində olan elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə açıqlamasında deyib.

“Verilmiş tapşırıq ondan ibarətdir ki, ilk mərhələdə 8 peşə təhsili müəssisəsi tikiləcək. Bu məktəblər böyükhəcmli kompleks şəklində inşa olunacaq. Bunlardan birinin təməli artıq dövlət başçısı tərəfindən Füzuli şəhərində qoyulub. Peşə təhsili liseyinin 24 ay ərzində bitməsi proqnozlaşdırılır. O cümlədən, Şuşa şəhərində də peşə təhsilinin inkişafı istiqamətində işlərə başlanılacaq”, – deyə nazir qeyd edib.