Keçən il Londonda qaradərili bir yeniyetmənin ölümünə görə polisin mühakimə olunmasından sonra onlarla polis məmuru silah vəsiqələrini qaytarmağa başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Hələlik silahı təhvil verən polislərin yerinə başqa rayonlardan gətirilən polislər növbə çəkir. London Polis Departamentində 2500-dən çox silahlı polis əməkdaşı çalışır. İndiyədək 100-dən çox polis əməkdaşı silahla xidmət edə bilməyəcəyini bəyan edərək vəsiqələrini təhvil verib.
Böyük Britaniyada yalnız “odlu silah bölməsi”nin üzvü olan xüsusi təlim keçmiş və lisenziyalı polis məmurları odlu silah daşıya bilər və yalnız həssas nöqtələrdə və ya vaxtlarda yerləşdirilir.
Qeyd edək ki, ötən il prokurorluq 24 yaşlı silahsız qaradərili yeniyetmə Kris Kabanın avtomobilində olarkən güllələnməsi ilə bağlı qətl ittihamı ilə bir polis məmuruna qarşı iddia qaldırıb və ilk məhkəmə prosesi keçən həftə keçirilib.
London Polis Departamenti açıqlama verib və bildirib ki, odlu silah bölməsində işləyən polis prokurorluğun polisi məsuliyyətə cəlb etmək qərarının “çox çətin vəziyyətlərdə verdikləri qərarların necə qiymətləndiriləcəyinə münasibətin dəyişdiyini göstərir” və ki, onlar bundan narahatdırlar.
Polis Departamentinin sözçüsü deyib: “Bir sıra zabitlər vəziyyətlərini qiymətləndirərkən silahlı xidmətdən çəkilmək qərarına gəliblər. Biz bu zabitlərlə görüşür və onların haqlı narahatlıqlarını başa düşür və dəstəkləyirik”.
London Baş Polis İdarəsinin rəisi Mark Rawley, Daxili İşlər Nazirliyinin odlu silah daşıyan polisin vəziyyəti ilə bağlı araşdırmaya başlamasını alqışladığını söyləyib.
Rawley daxili işlər nazirinə ünvanladığı açıq məktubunda onun tabeliyində olan polis qüvvələrinin “ən yüksək standartlarda xidmət göstərdiyini”, lakin mövcud sistemin polis əməkdaşlarını müdafiə etmədiyini və polis əməkdaşlarının daha çox hüquqi müdafiəyə ehtiyacı olduğunu bildirib.