Birləşmiş Millətlər Təşkilatı (BMT) selin baş verdiyi Liviyada didərgin düşən 43 min insan arasında ən az 17 min uşağın olduğu təxmin edildiyini bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Ofisi (OCHA) daşqınlardan zərər çəkmiş Liviya ilə bağlı BMT-nin digər təşkilatlarının məlumatlarını da əhatə edən yeni hesabatını açıqlayıb.
Xəbərə görə, BMT-nin Uşaq Fondu (UNICEF) Liviyanın şərqindəki daşqınlar səbəbiylə evlərini tərk edən 43 min insan arasında ən az 17 min uşağın olduğu təxmin edildiyini açıqlayıb.
UNICEF həmçinin uşaqların su ilə ötürülən və ya psixi sağlamlıqla əlaqəli xəstəliklərə məruz qaldığını bildirdi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həmçinin Liviyada daşqınlar nəticəsində 4 mindən çox insanın öldüyünü, 8 min 500-dən çox insanın isə hələ də itkin düşdüyünü qeyd edib. Derna şəhərində, Mərc və Cebel əl-Əhdər bölgələrindəki səhiyyə müəssisələrinin yarıdan çoxu qismən və ya tamamilə sıradan çıxıb.
BMT və onun tərəfdaşları regionda səhra xəstəxanalarının yaradılması, əsas yardım ləvazimatlarının və ərzaqların paylanması, su çənlərinin xlorlanması və psixososial dəstək kimi xidmətlər göstərir.
İnfrastrukturun təmiri üçün davam edən səylərə baxmayaraq, zədələnmiş yollar, elektrik enerjisinin və internetin fasilələrlə kəsilməsi, habelə maddi-texniki məhdudiyyətlər yardım səylərinə təsir etməkdə davam edir.