Fransa idmançılarına 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında hicab taxmaq qadağan edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Fransanın idman naziri Amelie Oudea-Kastera qonaq olduğu France 3 kanalına qadağa qoyulduğunu açıqlayıb.
Oudea-Kastera 26 iyul – 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarının idmançılarının hicab taxa bilməyəcəklərini bildirib.
Fransalı nazir idmanda sərt “dünyəvilik rejimi”nin tətbiqinin tərəfdarı olduqlarını bildirib.
Fransalı idmançılar da FFF matçlarında hicab taxa bilməzlər
Fransa Futbol Federasiyası (FFF) 2016-cı ildən hicaba icazə vermədiyi üçün “Les Hijabeuses” (Hiccablılar) kimi tanınan futbolçular cəmiyyəti bu qadağanı ləğv etmək üçün Dövlət Şurasına müraciət edib.
FFF-nin daxili reqlamentinin birinci maddəsi futbolçulara matçlar zamanı dini mənsubiyyətini göstərən geyim və ya simvol geyinməyi qadağan edir.
İyunun 29-da Danıştay qadın futbolçuların FFF matçlarında hicab geyinməsinə qadağa qoyub.