Terror təşkilatı olan PKK/YPG-nin Suriyanın şərqindəki Deyr əz-Zor vilayətində ərəb qəbilələrinin ələ keçirdiyi kəndə təşkil etdiyi hücumda 4-ü uşaq 10 mülki şəxs yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Yerli mənbələrdən əldə edilən məlumata görə, PKK/YPG terrorçuları Deyr əz-Zorda ərəb qəbilələrinin terrorçulardan azad etdiyi Ziyban kəndinə pilotsuz təyyarələrlə ayrı-seçkilik etmədən hücum edib.
Hücum zamanı 4-ü uşaq olmaqla 10 mülki şəxs yaralanıb.
Deyr əz-Zorda ərəb qəbilələri ilə PKK/YPG terrorçuları arasında səhər saatlarından başlayan qarşıdurmalar Muhammediye, Tayyane, Elragib, Hardup, Busayra, Garanic və Şehil kəndlərində davam edir.
ABŞ ordusuna məxsus helikopterlərin toqquşmaların baş verdiyi ərazi üzərində alçaqdan uçması da diqqət çəkib.
PKK/YPG toqquşmaları dayandırmaq üçün Həsəkə vilayətindən toqquşmaların baş verdiyi bölgələrə hərbi qüvvələr göndərib.
Ərəb qəbilələri avqustun 27-dən sentyabrın 13-dək həyata keçirdikləri əməliyyatlarda Deyr əz-Zor, Rakka və Həsəkə əyalətləri ilə Hələbin Mənbic rayonlarında 33 kəndi terrordan təmizləyib.
Lakin ərəblər terror təşkilatının hücumları nəticəsində mülki əhalinin tələfatının qarşısını almaq üçün bu kəndlərdən çəkilərək ABŞ-la danışıqlar masasına oturdular.
PKK/YPG-nin təzyiqi altında olan ərəb qəbilələri səhər saatlarında Deyr əz-Zorda terror təşkilatına qarşı əməliyyata başlayaraq yenidən hərəkətə keçib və 3 kəndi terrorçulardan azad edib.
PKK/YPG toqquşmaların qarşısını almaq üçün bölgəyə hərbi qüvvələr göndərib, eyni zamanda toqquşmaların şahidi olan kəndlərdə qondarma “komendant saatı” tətbiq edib.