Ölkə ilə eyni adda olan Qvatemala paytaxtında leysan yağışların səbəb olduğu seldə 6 nəfər həyatını itirib, 13 nəfər isə itkin düşüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mərkəzi Amerika ölkəsi Qvatemalada güclü yağış daşqınlara səbəb olub.
Paytaxt Qvatemalada güclü yağış Las Vakas çayında daşqınlara səbəb olub, 6 evi su basıb.
Səlahiyyətlilər daşqın nəticəsində 6 nəfərin öldüyünü, 13 nəfərin itkin düşdüyünü açıqlayıb.
Yanğınsöndürmə idarəsindən Sergio Cabanas açıqlamasında deyib: “Biz indi 6 cəsəd tapdıq və yəqin ki, daha çoxunu tapacağıq. Cəsədlər arasında bir qız və 5 böyük var”.
Bölgədə axtarış-xilasetmə işləri davam edir.