“Biz Vaşinqtonu Ermənistanda anti-Rusiya ovqatının süni şəkildə artmasına səbəb olan son dərəcə təhlükəli söz və hərəkətlərdən çəkinməyə çağırırıq”.
“İnterpress.az” “News.am”a istinadən xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Anatoli Antonov ABŞ administrasiyası rəsmilərinin RF-nin Ermənistan üçün etibarsız təhlükəsizlik tərəfdaşı olması ilə bağlı bəyanatlarına münasibət bildirərkən deyib.
O, Vaşinqtonu Ermənistanda anti-Rusiya ovqatının süni şəkildə artmasına səbəb olan eyhamlardan çəkinməyə çağırıb: “ABŞ rəsmilərinin bu kimi şərhləri üzücüdür. Əslində, amerikalılar daxili və xarici siyasətdə öz uğursuzluqlarına görə məsuliyyətdən yayınmağa çalışan bəzi erməni siyasətçilərinin qeyri-konstruktiv ictimai bəyanatlarını təkrarlayırlar”.
Səfir qeyd edib ki, Rusiya Ermənistanın etibarlı müttəfiqi olub və belə də qalır: “Biz bu qardaş xalqa hər zaman lazımi köməklik göstərmişik, o cümlədən Qarabağa sülhməramlılarımızı göndərmişik. Rusiya əsgərlərinin öz mövqelərində həlak olması faktı yalnız Rusiyanın Azərbaycan və Ermənistan xalqları arasında sülhə nail olmaq üçün çətin qərarlar qəbul etməyə hazır olduğunu göstərir”.
Bu hadisələr bir daha sübut edir ki, ABŞ və müttəfiqlərinin məqsədi vəziyyətin normallaşması və Cənubi Qafqazın sülh yolu ilə inkişafı deyil, regiondan çıxarmaq üçün Rusiyaya strateji ziyan vurmaq, Avrasiyada qəsdən sabitliyi pozmaqdır.