Cənubi Koreya Silahlı Qüvvələrinin 75 illiyi münasibəti ilə son 10 ildə ilk dəfə hərbi parad olub.
“İnterpress.az” xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə hərbi parad adətən 5 ildən bir keçirilirmiş.
Ancaq 2018-ci ildə Şimali Koreya hakimiyyəti Cənubi Koreya ilə münasibətləri normallaşdırmaqdan imtina etdikdən sonra belə tədbir olmayıb.
Paradda Cənubi Koreya Prezidenti Yun Çok Yol iştirak edib.
Ümumilikdə 6700-ə yaxın hərbçi və 200-dən artıq texnikanın iştirak etdiyi parada ABŞ Silahlı Qüvvələrinin 8-ci qoşununun 300-dən çox döyüşçüsü də qatılıb.