Macarıstanda 27 nəfərin öldüyü gəmi qəzasında kapitan günahkar bilinibbackend

Macarıstanda 27 nəfərin öldüyü gəmi qəzasında kapitan günahkar bilinib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı kapitan 2019-cu ildə Macarıstanın paytaxtı Budapeştdə Dunay çayında 27 nəfərin həyatını itirdiyi tur gəmisi qəzasında günahkar bilinib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Macarıstan məhkəməsi ukraynalı kapitan Yuri Çaplinskinin Dunay çayında qayığın qəzaya uğramasında səhlənkarlıq etdiyinə qərar verib.

Çaplinski istintaq çərçivəsində ona qarşı törədilmiş 35 cinayətdən bəraət aldığı halda, qəzaya səbəb olan səhlənkarlığa görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

29 may 2019-cu il tarixində 33 Cənubi Koreyalı turist və 2 Macarıstan ekipajı da daxil olmaqla ümumilikdə 35 nəfərin olduğu tur gəmisi digər tur gəmisi ilə toqquşub və Dunay çayında batıb.

Cənubi Koreya və Avstriyadan olan qrupların dəstəyi ilə aparılan axtarış-xilasetmə işləri zamanı 7 nəfər xilas edilərkən, 2-si ekipaj üzvü olmaqla 27 nəfər həyatını itirib. Qəzada itən Cənubi Koreya vətəndaşını tapmaq mümkün olmayıb.