Türk Dövlətləri Təşkilatının dünya üzrə aqrar sektorda payı açıqlanıbbackend

Türk Dövlətləri Təşkilatının dünya üzrə aqrar sektorda payı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Türk Dövlətləri Təşkilatı dünyada kənd təsərrüfatı üçün yararlı torpaq sahələrində 6,1 %, o cümlədən əkin sahələrində 3,9 %, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalında 2,2 %, kənd təsərrüfatı məhsullarının ixracında isə 2 % paya malikdir.

“İnterpress.az” xəbər verir ki, bu barədə Bakıda Təşkilata üzv ölkələrin kənd təsərrüfat nazirlərin keçirdiyi mətbuat konfransında məlumat verilib.

Toplantı iştirakçıları qeyd ediblər ki, dünya ölkələrinin iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, yüksək səviyyəli urbanizasiya və digər problemlərlə üzləşdiyi bir vaxtda türk dövlətləri də bu çağırışlara hazır olmalı, yeni texnologiya və həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi aparmaqla məhsuldarlığı artırmağa və dayanıqlı inkişafa nail olmalıdır.