Efiopiyanın şimalında vətəndaş müharibəsinin bitdiyi və 1300-dən çox insanın aclıqdan öldüyü Tiqraya Birləşmiş Millətlər Təşkilatı (BMT) və ABŞ-ın ərzaq yardımını kəsdiyi açıqlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Tigraydakı Sağlamlıq Araşdırmaları İnstitutu, Səhiyyə Nazirliyi və Mekelle Universitetinin birgə araşdırmasına görə, 2022-ci ilin noyabrında sülh müqaviləsi imzalanandan bəri bölgədə 1329 nəfər aclıqla bağlı səbəblərdən ölüb.
Yardımların kəsildiyi dövrdən bu yana ölənlərin sayı hər ay artsa da, Tigrayda ölənlərin yarısından çoxu aclıq üzündən baş verib.
Ştat və düşərgələrdəki tibb işçilərinin iştirakı ilə aparılan araşdırmada, ölümlərin əsas səbəblərindən birinin BMT və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) köməyinin kəsilməsi olduğu vurğulanıb.
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) və USAID may ayında Efiopiyaya göndərilən ərzaq ehtiyatlarının oğurlanmasından sonra yardımı dayandırdıqlarını açıqlayıb.
Efiopiyada federal hökumət 2022-ci ilin noyabrında qiyam qaldıran Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) ilə sülh sazişi imzalayıb. Razılaşmadan sonra regional administrasiya TPLF-ə keçdi və təşkilat tərksilah edilib.